Nyu-Yorkda yeni göydələn tikilə bilər
25 Avqust 2010 Çərşənbə 17:45
Bu həftə Nyu-York şəhər Şurası şəhərdə yeni göydələnin inşası məsələsini müzakirə edəcək.
“APA-ECONOMICS”in “The Daily Telegraph”a istinadən xəbərinə görə, yeni göydələnin Nyu-Yorkun ən hündür binası olan “Empire State Building”in cəmi 270 metr yaxınlığında tikilməsi planlaşdırılır.
Ofis binası kimi nəzərdə tutulan göydələn 381 metr hündürlüyü olan “Empire State Building”dən 11 metr kiçik olacaq - 370 metr. Hazırda tikinti üçün nəzərdə tutulan ərazidə “Pennsylvania” hoteli yerləşir.
Qeyd edək ki, 102 mərtəbəli “Empire State Building” 1931-ci ildə tikilib. Bu göydələn 1972-ci ildə Ümumdünya Ticarət Mərkəzinin Şimal qülləsinin tikintisinə qədər Nyu-Yorkun ən hündür binası sayılıb. 2001-ci ildə əkiz qüllələrin uçmasından sonra isə yenidən şəhərin ən hündür nöqtəsi sayılıb. APA
DOSTLARINLA PAYLAŞ: