Nyu-Yorkda məscidi yandırmaq istəyiblər
02 Yanvar 2012 Bazar Ertəsi 23:54
Hadisə zamanı məsciddə 80-ə yaxın adam olub.
Nyu-Yorkun Kuns rayonunda naməlum şəxs yandırıcı maye doldurulmuş butulka ilə məscidi yandırmağa cəhd edib. Hadisəni araşdıran Nyu-York polisinin məlumatına görə, hadisə zamanı məsciddə 80-ə yaxın müsəlman olub. Qapının ağzındakı alovu hiss edən bir neçə nəfər yanğının yayılmasının qarşısını öz gücləri ilə almağa çalışıblar. Bir neçə dəqiqə sonra isə onların köməyinə yanğınsöndürənlər gəliblər. Nəticədə binaya az ziyan dəyib, xəsarət alan olmayıb.

Amerika İslam Əməkdaşlığı Şurası ictimai təqkilatının nümayəndələri hücumu pisləyiblər və polisi hadisəni arahdırmağa, eləcə də, şəhərdəki məscidlərin mühafizəsini gücləndirməyə çağırıblar.

Məscidə hücumu Nyu-York ştatının qubernatoru Endrü Kuomo da pisləyib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar