Nyu-Yorkda əhalinin köçürülməsinə başlanılır
27 Avqust 2011 Şənbə 01:16
Barak Obama qasırğa üzündən məzuniyyətini yarımçıq qoydu.
Nyu-York meri Maykl Blumberq şəhərin aşağı ərazilərində yaşayanların məgburi evakuasiyasını tələb edib. İlkin hesablamalara görə, 250 min nəfər köçürüləcək.

“Ayrin” qasırğası ABŞ-ın qərb sahillərində yağışla başlayıb. Təbii fəlakət milyardlarla dollar ziyan vura bilər. Vaşinqton, Baltimor, Filadelfiya, Nyu-York, Boston və digər şəhərlərdə qasırğa zonasına azı 65 milyon nəfər düşə biləcəyi ehtimal olunur.

ABŞ prezidenti Barak Obama bildirib ki, “Ayrin” bütün göstəricilərinə görə tarixi qasırğa ola bilər. O, qasırğa üzündən məzuniyyətini bir gün tez tamamlayıb.

Mayamidə qasırğaların öyrənilməsi üzrə Milli Mərkəzin sinoptikləri bildirib ki, qasırğa bir qədər zəifləyib. Hazırda küləyi sürəti saatda 161 kilometrdən artıq deyil.


DOSTLARINLA PAYLAŞ:

oyunlar