Nyu-York “Sendi” qasırğasını gözləyir
30 Oktyabr 2012 Çərşənbə Axşamı 02:00
Meqapolisdə bazar ertəsi qeyri- iş günüdür, küçələr boşalıb, ictimai nəqliyyat işləmir.
Boşalmış küçələr, yağış, işləməyən ictimai nəqliyyat… Nyu-York “donub” və “Sendi” qasırğasını gözləyir. İstirahət günləri meqapolisin ən təhlükəli rayonlarının 370 minə yaxın sakini evakuasiya edilib. Amma bəzi şəhər sakinləri evakuasiya əmrinə tabe olmaq istəməyib.

Bazar ertəsi bütün dövlət müəssisələri və şəxsi şirkətlərdə qeyri-iş günü elan edilib. Çərşənbə axşamı birja yenə bağlı olacaq. Nyu-York hökumətinin göstərişi ilə Milli Qvardiyanın hissələri səfərbər edilib.

“Sendi” qasırğası Amerika sahillərinə doğru irəliləyir. Qasırğanın episentrində küləyi sürəti 150 kilometrə çatır. Ekspertlərin hesablamalarına görə, “Sendi”dən 50-60 milyon amerikalı ziyan çəkə bilər.




DOSTLARINLA PAYLAŞ:

oyunlar