Nyu-York Əhmədinejatı qarşılayır
21 Sentyabr 2011 Çərşənbə 01:02
Onu tənqidi posterlər gözləyir
Nyu-York BMT Baş Assambleyasının nümayəndələrini qarşılayır. Assambleyada 100-dən çox ölkənin dövlət başçısı, o cümlədən, İran prezidenti Mahmud Əhmədinejat iştirak edəcək. ABŞ-da Mahmud Əhmədinejatın səfəri heç də hamını sevindirmir. İran prezidentini “Əl Qaidə” ilə məkdaşlıqda ittiham edən tənqidi posterlərlə qarşılayacaqlar.
“Əl Qaidə”nin fəallaşması ehtimalı ilə əlaqədar Nyu-yorkda yüksək təhlükəsizlik tədbirləri göürülür.
Baş Assambleyada bir sıra vacib məsələlər, o cümlədən, Fələstinin müstəqilliyinin tanınması, nüvə silahı üzərində nəzarət və regional münaqişələr müzakirə ediləcək.
DOSTLARINLA PAYLAŞ: