Nyu-York birjası bir sıra Amerika şirkətlərinin hesabatlarının proqnozlaşdırılandan yaxşı olması hesabına iyulun 21-də işini artımla başa çatdırıb.
«Caterpillar»in gəliri analitiklərin gözləntisini xeyli üstləyib.
«Dow Jones» indeksi 0,77% artaraq 8915,95 bəndə kimi, «Nasdaq» isə 0,36% artaraq 1916,20 bəndə kimi qalxıb. «S&P 500» isə 0,36% artaraq 954,58 bəndə qədər qalxa bilib. /ANS PRESS/