Nyu-Yoprkda Ramin Mehmanpərəstə hücum olub
27 Sentyabr 2012 Cümə Axşamı 14:36
Mühacir iranlılar XİN mətbuat katibini döymək istəyiblər.
ABŞ-da səfərdə olan İran prezidenti Mahmud Əhmədinejadın rəhbərlik etdiyi nümayəndə heyətinə daxil olan İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Ramin Mehmanpərəstə BMT-nin bunasının yaxınlığında hücum olub. APA-nın məlumatına görə, ABŞ-da mühacirət həyatı yaşayan bir qrup iranlı onu döyməyə cəhd göstəriblər. R. Mehmanpərəsi əhatəyə alan etirazçılar İran hakimiyyətinin əleyhinə şüarlar səsləndirərək, onun üzərinə hücum çəkiblər. Lakin polisin və mühafizəçilərin müdaxiləsi nəticəsində İran xarici siyasət idarəsinin mətbuat katibi hadisə yerindən uzaqlaşdırılıb və döyülməkdən xilas olub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar