Bir çox cinayət əməllərində adı keçən Mayra Nazarbayeva hazırda Dubayda həbsdədir.
Qazaxıstan prezidenti Nursultan Nazarbayevin qardaşı Bolat Nazarbayevin keçmiş arvadı Mayra Kurmanqaliyeva (o, həmçinin Kesikbayeva və Nazarbayeva soyadları ilə məşhurdur) İnterpolun tələbi ilə Birləşmiş Ərəb Əmirliklərində tutulub.
ANS PRESS-in verdiyi məlumata görə, Mayra Kurmanqaliyeva Mərkəzi Asiya Respublikalarında, Malayziyada və Qazaxıstanda Nursultan Nazarbayevin qardaşı Bolat Nazarbayevin arvadı kimi çox böyük nüfuza malik olub. Malayziya ölkələrinin Mayra Kurmanqaliyevaya olan marağı, qadının birinci kəbindən doğulan oğlu Daniyar Kesikbayevin Malayziyanın Çənubi Şərq bölgəsinin baş naziri Nəcib Tun Rəzakın qızı ilə nişanlı olmasındadır. Özünü hakim ailənin yaxını kimi qələmə verən Daniyar son zamanlar ata soyadından imtina edərək özünü “Nazarbayev” kimi təqdim edir.
Malayziyada olan mənbələrin verdiyi xəbərə görə, bir çox cinayət əməllərində adı keçən Mayra Nazarbayeva hazırda Dubayda həbsdədir. Onun böyük pullar ətrafında apardığı çirkli oyunlara görə Bolat Nazarbayev Qazaxıstan məhkəməsinin qərarı ilə 2010-cu ildə bu qadınla boşanıb. Bir az sonra, 2011-ci ilin oktyabr ayında isə Mayra Kurmanqaliyeva barəsində bir neçə cinayət işi başlanıb. New York Post ve New York Observer kimi böyük dərgilərin verdikləri məlumatlardakı xəbərlərdə bildirilir ki, hələ 2012-ci ildə Bolat Nazarbayev sabiq arvadının onun evini oğurlaması barədə Nyu York məhkəməsinə iddia ilə şikayət edib.