Nüfuzlu İslam alimini Küveytdən qovdular
20 Sentyabr 2013 Cümə 22:44
Yusuf əl Qardavi Misir hərbi dövlət çevrilişinə maddi dəstək verən Küveyti kəskin tənqid etmişdi.
Dünyanın tanınmış İslam alimi, Beynəlxalq Müsəlman Alimlər Şurasının sədri, misirli Şeyx Yusif əl Qardavi Küveytdən qovulub. Beynəlxalq İslam Yardımı təşkilatının keçirdiyi tədbirdə iştirak etmək üçün bu ölkəyə səfər edən alim Küveyt xarici İşlər Nazirliyinin tələbi ilə deportasiya edilib. Məlumata görə, bu addımın atılmasında qərbyönümlü bəzi qrupların və siyasətçilərin də təsiri olub.
Yusuf əl Qardavi aralarında Küveytin də olduğu, Misir hərbi dövlət çevrilişinə maddi dəstək verən Körfəz ölkələrini kəskin şəkildə tənqid etmişdi.
Qeyd edək ki, 86 yaşlı Şeyx Yusif əl Qardavi İslami doktrina və əxlaqi məsələlərdə verdiyi fətvalarla dünyada şöhrət qazanmış nüfuzlu din alimidir.
DOSTLARINLA PAYLAŞ: