Növbəti pələng ilinə pələng qalmaya bilər
22 Noyabr 2010 Bazar Ertəsi 12:50
Sankt-Peterburqda pələnglərin gələcəyi ilə bağlı beynəlxalq sammit keçirilib
Rusiyanın Sankt-Peterburq şəhərində pələnglərin gələcəyi ilə bağlı beynəlxalq sammit keçirilib. 13 ölkədən olan dövlət rəsmisi bir araya gələrək pələnglərin qorunması yollarını müzakirə ediblər.
Dünya Vəhşi Təbiət Fondunun mütəxəssisləri bir əsr öncə pələnglərin sayının 100 min olduğunu, lakin indi cəmi 3200 pələng qaldığını bildiriblər. Onlar meşələrin kəsilərək yerlərində binaların inşa edilməsi, heyvanların dərilərindən müxtəlif cür istifadə edilməsi nəticəsində pələnglərin nəslinib tükəndiyini açıqlayıblar. Fonddan qeyd edilib ki, əgər dünya ölkələri cəld hərəkət etməsələr və brokonyerlərlə mübarizəni intensivləşdirməsələr, pələnglərin nəsli 12 ilə tükənəcək.
Sammitdə pələnglərin sayının 2022-ci ilə kimi iki dəfə artırılması haqqında geniş miqyaslı proqram qəbul edilib.
DOSTLARINLA PAYLAŞ: