Növbəti erməni acgözlüyü
07 Noyabr 2011 Bazar Ertəsi 01:17
Boşanan Kardaşyandan 2 milyonluq üzüyün geri alınması anasının xətrinə dəyib.
Yaxın günlərdə ərindən boşanan amerikalı erməni pornoulduz Kim Kardaşyandan nişan üzüyünün geri alınması anası Kris Cenneri hiddətləndirib. “Salam Amerika” adlı tele-şouda iştirak edən Cenner üzüyün geri alınmasını hinduların hədiyyə alıb verməsi ilə müqayisə edib: “Hədiyyə hədiyyədir. Qaytarılsın deyə verilməz və belə bir şey təklif də edilməz. Bu hindu hədiyyəsidirmi?”

Qeyd edək ki, Cennerin bu ifadəsi Amerika jarqonunda istifadə olunan bir sözdür. Belə ki, hinduların hədiyyə verdikləri vaxt bunun qarşılığında, eyni dəyərdə hədiyyə gözlədikləri, əgər bu olmasa hədiyyəni geri aldıqları bildirilir. Buna baxmayaraq “Hindu Milli Konqresi” bu ifadənin istifadəsinə öz etirazını bildirib.

Xatırladaq ki, Kim Kardaşyan nişanlandığı vaxt onun barmağına 2 milyon dollarlıq üzük taxılmış, avqust ayında baş tutmuş toyu isə 72 gün sonra boşanmayla nəticələnmişdi. Sabiq ərin bərabərliyin rəmzi olan üzüyü geri istəməsi isə erməniləri əsəbləşdirib.




DOSTLARINLA PAYLAŞ:

oyunlar