Norveçdəki hadisələrlə bağlı yeni məqamlar ortaya çıxıb
31 İyul 2011 Bazar 18:48
Anders Breyvik Kral sarayı və Norveç İşçi Partiyasının mənzil-qərargahında da terror aktı törətmək istəyirmiş.
Ötən həftə Norveçdə iki terror aktı törətmiş Anders Breyvik həmçinin Kral sarayı və Norveç İşçi Partiyasının mənzil-qərargahında da terror aktı törətmək niyyətində olub. Bu barədə məlumatı hüquq-mühafizə orqanlarına istinadən norveçin “Verdens qanq'”qəzeti yayıb. Məlumata görə, Breyvik dindirilmə zamanı etiraf edib ki, o bir neçə hədəfə hücum barədə fikirləşirmiş. Lakin 22 iyulda bütün diqqətini hökumət binasının yerləşdiyi ərazi və Utoya gənclər düşərgəsindəki hücuma yönəldib.
Polis bəyan edib ki, etnik norveçli ona qarşı ünvanlanmış suallara hazırlıqlı şəkildə cavab verib. Qeyd edək ki, Anders Breyvikə qarşı terrorçuluq fəaliyyəti ilə bağlı ittihamlar irəli sürülüb. Bu maddə üzrə bu ölkədə maksimal cəza 21 illik həbsdir. Lakin əgər istintaq qatilin hərəkətlərini bəşəriyyətə qarşı cinayət hesab etsə, onda həbs cəzasının müddəti 30 ilə qədər artırıla bilər. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: