Norveçdə son 28 ildə bir ilk
10 Sentyabr 2013 Çərşənbə Axşamı 10:44
Müxalif-yönümlü mühafizəkarlar hökumətin başına keçdi.
Norveçdə keçirilən parlament seçkilərində müxalifət partiyası olan Mühafizəkarlar qalib gəlib. Partiya səslərin 26,8 faizini toplayıb. Bu, son 28 ildə Norveçdə mühafizəkarların göstərdiyi ən yüksək nəticə olub. Mühafizəkarlar partiyasının lideri, "Dəmir Erna" ləqəbi ilə tanınan Erna Solberq baş nazir qismində sağçı-mərkəz koalisiya hökumətini formalaşdıracaq.
Ölkənin indiki Baş naziri, 8 ildir hakimiyyətdə olan Leyboristlər partiyasının lideri Yan Stoltenberq isə məğlubiyyətini etiraf edib.
Hazırda Norveçin Nazirlər Kabinetində 10 kişi və 10 qadın nazir var. Yeni sağçı-mərkəz koalisiyasının da hökumətdə gender balansını qoruyacağı gözlənilir.
DOSTLARINLA PAYLAŞ: