Norveç terror qurbanlarının xatirəsini anır
23 İyul 2012 Bazar Ertəsi 09:43
Bu ölkədə Anders Breyvik tərəfindən törədilmiş terror aktının üstündən bir il keçir.
Norveçdə bu gün 1 il əvvəl Anders Breyvikin Osloda və Utoya adasında törətdiyi terror aktı nəticəsində ölən 77 nəfərin xatirəsi anılır. Paytaxt Osloda partlayışın baş verdiyi yerə əklil qoyulub.

Əklil qoyma mərasimində Norveçin baş naziri Yens Stoltenberq və digər rəsmilər iştirak edib. Yens Stoltenberq bildirib ki, Anders Breyvik Norveçin çoxmədəniyyətli cəmiyyət olmaq təşəbbüsünü məhv etmək məqsədinə nail ola bilməyib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar