Norveç sərnişin qatarı relsdən çıxaraq aşıb
02 Oktyabr 2010 Şənbə 03:40
Baş vermiş qəza nəticəsində 1 nəfəri ağır olmaqla 37 sərnişin yaralanıb.
Oslodan Stokholma gedən, Norveç dəmir yollarına aid 280 sərnişini olan qatar qəzaya uğrayıb. ANS PRESS “Anadolu” agentliyinə (AA) istinadən xəbər verir ki, İsveç sərhəddi yaxınlığında 2 vaqonun relsdən çıxması nəticəsində baş vermiş qəzada 37 sərnişin xəsarət alıb. Qeyd edək ki, yaralılardan birinin vəziyyəti ağırdır. Polis rəsmiləri isə hələlik qəzanın səbəblərinin bilinmədiyini, araşdırmaların davam etdiyini deyib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: