Nobel mükafatı laureatları melum oldu
07 Oktyabr 2013 Bazar Ertəsi 16:22
Bu kateqoriyada 2 amerikalı ve 1 almaniyalı alim ferqlenib.
2013-cü il Nobel mükafatı həftəsi başlayıb. Bu gün 2013-cü il tibb və fiziologiya üzrə Nobel mükafatı laureatlarının adları məlum olub. Bunlar Ceyms Rotman və Rendi Şekman adlı amerikalı alimlər və Tomas Sudhof adlı almaniyalı alimdir. Onlar hüceyrənin öz daşınma sistemində necə formalaşdığını, hüceyrə daxilində daşınmanın öz yerində və vaxtında necə baş verdiyini araşdırdıqlarına görə, Nobel mükafatına layiq görülüblər.

Bunu İsveç Kral İnstitutunun Nobel Assambleyasının katibi Qoran Hansson 8 milyon kron, yəni 1 milyon avro məbləğində pul mükafatını təqdim edərkən bildirib.

Tibb hər il Nobel mükafatının təqdim edildiyi ilk kateqoriyadır. Dəqiq elmlər, ədəbiyyat və sülh kateqoriyalarında Nobel mükafatları 1901-ci ildən İsveç ixtiraçısı və dilçisi Alfred Nobelin vəsiyyətinə əsasən təqdim edilir.

Bu il 112-ci Nobel mükafatının təqdimetmə mərasimi, ənənəyə uyğun olaraq, dekabrın 10-da, Alfred Nobelin ölümünün ildönümündə İsveçin paytaxtı Stokholm və Norveçin paytaxtı Osloda keçiriləcək.


DOSTLARINLA PAYLAŞ:

oyunlar