Dünən axşam Marneuli şəhərində Gürcüstanın hüquq-mühafizə orqanları Nino Burcanadzenin “Demokratik hərəkat - vahid Gürcüstan” Partiyasının üç üzvünü qanunsuz silah gəzdirməkdə ittiham edərək həbs edib. ANS PRESS-in “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, partiyanın əlaqələndiricisi Nukri Şatirişvili bildirib ki, David Şubitidze, Şalva Sereteli və David Ovaşvilinin saxlanılması siyasi səbəblərlə bağlıdır.
Onun sözlərinə görə, Gürcüstan hökuməti partiyanıın Kvemo Kartli regionunda fəaliyyətini dayandırmağa çalışır. /ANS PRESS/