Nikolas Keyc 5 yaşlı oğluna qarşı zorakılıqda şübhəli bilinir
28 Aprel 2011 Cümə Axşamı 11:07
Şahidlər iddia edirlər ki, guya aktyor arvadına da əl qadırıb
Aktyor Nikolas Keyc 5 yaşlı oğluna qarşı zorakılıqda şübhəli bilinir. Aktyorun həbs olunması barədə ilk məlumat verən TMZ.com saytının yazığına görə, polisə şikayət edən şahidlər aktyorun öz oğlunu yerə çırpdığını iddia edirlər.
Aktyorun həyat yoldaşı polisə verdiyi izahatında bildirib ki, Keyc həmin vaxt sərxoş olub və bu səbəbdən müvazinətini saxlaya bilməyərək oğlunu yerə salıb.
Qeyd edək ki, aktyor artıq şənbə günü səhər Yeni Orlean ştatında həbs edilib. O, arvadı ilə ucadan mübahisə edirmiş. Şəhərin ortasında belə bir səhnənin şahidi olanlar əraziyə polis çağırıblar. Polislər ondan evə getməsini xahiş etdikdə aktyor hüquq mühafizə əməkdaşlarından onu niyə həbs etmədiklərini soruşub.
Nəticədə aktyor saxlanılaraq ictimai asayişi pozmaqda və ailə zorakılığında ittiham olunub. Şahidlər aktyorun həyat yoldaşını vurduğunu iddia edirlər. Aktyor tez bir zamanda girov müqabilində sərbəst buraxılıb. Onun həyat yoldaşı öz ərinə qarşı cinayət işinin açılmasını istəməyib və Keycin ona əl qaldırmadığını bildirib.
DOSTLARINLA PAYLAŞ: