Nikola Sarkozi İran hakimiyyətinin siyasətini pislədi
30 Dekabr 2009 Çərşənbə 00:50
Nikola Sarkozi İran hakimiyyətinin siyasətini pislədi: “Müxalifətin etirazları dinc xarakter daşıyır və prezidetn seçkilərindən qaynaqlanır”
Fransa prezidenti Nikola Sarkozi İran hakimiyyətinin müxalifətin çıxışlarının yatırılması üçün atdığı addımları pisləyib və rəsmi Tehranı vəziyyəti gərginləşdirən yeni həbslərdən çəkinməyə çağırıb. Fransa prezidenti bəyan edib ki, müxalifətin etirazları dinc xarakter daşıyır və İranda iyunun 12-də keçirilmiş prezident seçkilərindən qaynaqlanır.

Nikola Sarkozi rəsmi Tehranı İranda hakimiyyət əleyhinə olan qüvvələrin həbsdəki tərəfdarlarını azadlığa buraxmağa, insan hüquqlarına hörmətlə yanaşmağa səsləyib.

Qeyd edək ki, İran müxalifəti prezident seçkilərinin Mahmud Əhmədinejatın qalib elan edildiyi nəticələrinə etirazlarını davam etdirir. Müxalifətçilər vaxtaşırı etiraz aksiyaları keçirir və bu nümayişlər adətən toqquşmalarla nəticələnir. Ötən istirahət günlərində Tehranda baş vermiş toqquşmalar da qanlı nəticələr verib. Tələfat sayı ilə bağlı müxtəlif rəqəmlər səslənir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar