Nikola Sarkozi Abdullah Gülün zənglərinə cavab vermir
21 Dekabr 2011 Çərşənbə 04:13
Abdullah Gül: Bir ölkənin tarixi barədə parlament vasitəsilə qərar vermək düşüncəsizlikdir.
“Fransa prezidenti Nikolya Sarkozi Türkiyə prezidenti Abdulah Gülün telefon zənglərinə zavab vermir”. Bu barədə məlumatı Türkiyə Prezident Aparatının mətbuat məsələləri üzrə müşaviri Əhməd Sever yayıb. Sever Sarkozinin iki gündür müxtəlif bəhanələrlə Abdullah Gülə cavab verməkdən yayındığını, onunla danışmağa cəsarət etmədiyini deyib. Əhməd Sever Sarkozi ilə danışmağa müvəffəq olmayan Gülün Fransa parlamentində səsverməyə çıxarılan qanun layihəsinə yazılı reaksiya bildirdiyini deyib.
“Fransanı söz azadlığına hörmət göstərməyən və obyektiv elmi araşdırma aparılmasına izn verməyən bir vəziyyətə düşürəcək bu addımdan ən qısa zamanda əl çəkilməsini təmənna edirəm. Bir ölkənin tarixi barədə siyasi qurum olan parlament vasitəsilə qərar vermək, tarixi siyasi məqsədlərlə təhrif etrmək, yumşaq desək, düşüncəsizlikdir”, - Abdullah Gükün açıqlamasında deyilir.
DOSTLARINLA PAYLAŞ: