Son iki gündə Nigeriyanın Mayduquri şəhərində təhlükəsizlik qüvvələri ilə islamçı döyüşçülər arasında baş verən qarşıdurmalar zamanı 103 nəfər həlak olub. ANS PRESS-in “Reuters”ə istinadən verdiyi xəbərə görə, bu barədə çərşənbə axşamı yerli hüquq-mühafizə orqanlarından məlumat verilib.
Məlumatda bildirilir ki, ölənlərin 90 nəfəri “Boko Xaram” qrupunun üzvləri, 8 -i polis əməkdaşları, 3-ü həbsxana xidmətçiləri, ikisi isə əsgərdir. /ANS PRESS/