Niger deltasının azad edilməsi uğrunda hərəkatın (MEND) döyüşçüləri “Escravos” neft terminalı yaxınlığında göyərtəsində altı heyət üzvü olan “Siehem Peace” kimya məhsulları daşıyan tankeri ələ keçirdiklərini bəyan ediblər. ANS PRESS-in “Associated Press”ə istinadən verdiyi xəbərə görə, onlardan üçü Rusiya, ikisi Flippin, biri isə Hindistan vətəndaşdır.
Həmçinin döyüşçülər daha bir neft platformasına hücum etdiklərini bildiriblər. /ANS PRESS/