Nigeriyada quyudan 150 meyit aşkar edilib
23 Yanvar 2010 Şənbə 16:40
Daha 60 nəfər isə itkin düşmüş hesab edilir
Nigeriyanın mərkəzi hissəsində dini zəmində baş verən qanlı toqquşmadan sonra quyulardan 150-dən artıq cəsəd aşkar edilib. Bu barədə quyuları insan cəsədləri ilə doldurulan Kuru Karam kəndinin ağsaqqalı məlumat verib. “Hazırda biz quyulardan 150 meyit çıxarmışıq, 60 nəfər isə hələ də itkin düşmüş hesab edilir”, - deyə ağsaqqal bildirib

Əvvəllər verdiyimiz məlumata görə, Nigeriyanın Cos şəhəri və onun ətrafında bu həftə müsəlman və xiristianlar arasında baş verən toqquşma nəticəsində 460 nəfər ölüb, 800 insan isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Xatırladaq ki, Cosda iki din nümayəndələri arasında qarşıdurma ötən bazar səhər başlayıb. Daha sonra ölkədə komendant saatı tətbiq edilib. Nigeriyanın vitse -prezidenti Qudlak Conatan çərşənbə axşamı Cosda qayda-qanunun yaradılması üçün qoşun yeridilməsi barədə sərəncam verib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar