Nigeriyada kəndlərə hücum: 100-dək ölü var
16 Mart 2014 Bazar 08:30
Polis hücumun kim tərəfindən və nə məqsədlə təşkil edildiyini araşdırır.
Nigeriyanın şimal-qərbindəki Kaduna ştatında təşkil edilən silahlı hücumda təxminən 100 adamın öldüyü bildirilib.
ANS PRESS-in xəbərinə görə, bölgə polisi Aminu Lavan 40 nəfərdən çox olan silahlı bir qrup tərəfindən Kadunanın cənubundakı Uqvar Sankvai, Unqvar Qata və Çenşi kəndlərinin hücuma məruz qaldığını təsdiqləyib.
Gecə kənd sakinlərinin yatdığı saatlarda reallaşan hücumda təxminən 100 adamın öldüyü bildirilir. Polis hücumun kim tərəfindən və nə məqsədlə təşkil edildiyini araşdırır.
Silahlı qrup kəndlilərin bir çoxunun isə evlərini yandırıb.
Qeyd edək ki, sözügedən ştat uzun müddətdir etnik, dini və siyasi səbəblərə görə tayfaların mübarizələrinə səhnə olur.
DOSTLARINLA PAYLAŞ: