Nigeriyada 128 nəfər öldürüldü
30 Oktyabr 2013 Çərşənbə 06:43
Ehtimallara görə, hücum edənlər "Boko Haram" silahlı qruplaşmasının üzvləridir.
Nigeriyada islamçı qruplaşmalarla yerli polis əməkdaşları arasında silahlı toqquşma baş verib. ANS PRESS-in xarici mətbuata istinadən verdiyi məlumata görə, Damatauru şəhərində silahlı qruplaşma üzvlərinin etdiyi hücum zamanı 128 nəfər ölüb. 5 saat davam edən atışmadan sonra 95 silahlı, 23 hərbçi və 5 polis əməkdaşı həlak olub. Hücum hadisəsi oktyabrın 29-da olub. Ehtimal edilir ki, hücum edənlər "Boko Haram" silahlı qrquplaşmasının üzvləridir.
DOSTLARINLA PAYLAŞ: