Nigeriya prezidenti 9 naziri vezifesinden qovdu
12 Sentyabr 2013 Cümə Axşamı 05:06
Nigeriya prezidenti Conatan Qudlak bu addımı Nigeriya xalqına daha yaxşı xidmet üçün atdığını açıqlayıb.
Nigeriya nazirlər kabinetində dəyişiklik edilib. Belə ki, Nigeriya prezidenti Conatan Qudlak 9 naziri vəzifəsindən kənarlaşdırıb. ANSPRESS-in Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, onlar arasında təhsil, xarici işlər, ekologiya, müdafiə və.s kimi nazirliklərdə rəhbər vəzifəsində dəyişikliklər edilib. Bu ölkənin İnformasiya naziri Labaran Maku prezidentin bu addımını “Nigeriya xalqına daha yaxşı xidmət üçün” atdığını açılayıb.

Qeyd edək ki, kabinet dəyişikliyindən əvvəl iqtidarda olan Xalq Demokratik Partiyası(XDP) üzvləri arasında fikir ayrılıqları olmuşdu. Vitse-prezident Atiku Əkbər 2 həftə əvvəl partiya içərisində yeni PDP adı ilə bir cəbhə qurmuşdu.


DOSTLARINLA PAYLAŞ:

oyunlar