Nigeriya aclıq təhlükəsi ilə üzləşib
16 Avqust 2010 Bazar Ertəsi 06:35
Ərzaq ehtiyatının çatışmaması səbəbindən ölkə əhalisnin yarısını təşkil edən təxminən 7 milyon insan son dərəcə ehtiyac içərisində yaşayır.
Afrikanın qərbində yerləşən Nigeriyada ərzaq çatışmamazlığı ilə bağlı eyni zamanda bir neçə benyəlxalq humanitar təşkilat həyacan təbili çalıb. Məlumatlara əsasən, Nigeriya tarixi ərzində ən böyük aclıqla üzləşə bilər. Belə ki, ərzaq ehtiyatının çatışmaması səbəbindən ölkə əhalisnin yarısını təşkil edən təxminən 7 milyon insan son dərəcə ehtiyac içərisində yaşayır. Ümumdünya Ərzaq Proqramının (WFP) məlumatlarına görə, əhali arasında 5 yaşından aşağı olan hər uşaqdan 6-sı aclıqdan və tam qidalanmamaqdan əziyyət çəkir. BMT göstəricilərinə görə isə bu fövqəladə vəziyyət hesab edilir. Ölkəni bürüyən bu dəhşətli hadisənin səbəbi ərzaq məhsulunun demək olar ki, yarısını məhv edən quraqlıqdır. Bundan başqa otlaq sahələrinin miqyasının nəzərə çarpacaq dərəcədə azalması və su mənbələrinin quruması iri buynuzlu mal qaranın da azalmasına səbəb olub. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: