Nigerdə hərbi dövlət çevrilişi baş verib
19 Fevral 2010 Cümə 05:15
Nigerin paytaxtı Niameedə hərbiçilər hücumla prezident sarayını ələ keçirib.
Ərəb telekanallarının yaydığı xəbərə görə ölkə prezidenti Mamadu Tandji hazırda hərbiçilərin əlindədir, lakin onun saxlanma yeri məlum deyil. Qeyd edək ki, əvvəlcə paytaxtda bir neçə partlayış səsi eşidilib. Və intensiv atışma müşahidə olunub. Hələki çevrilişin arxasında kimin durduğu məlum deyil. Şahidlərin sözlərinə görə prezident sarayı rayonunda atəşma günorta saatlarında başlayıb. Sarayın ətrafında isə bir qrup hərbiçi və zirehli maşın görünüb. Paytaxt Niameedəki müxtəlif xarici səfirliklərin nümayəndələri öz vətəndaşlarına küçəyə çıxmamağı məsləhət görüb.
Xatırladaq ki, Niqerin hakim partiyası ilə müxalifət arasındakı danışıqlar 2009-cu ilin dekabrında yarımçıq qalıb. 2009-cu ildə isə konstitusiyaya dəyişikliklərə dair referundumdan sonra vəziyyət daha da pisləşib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: