Niger prezidenti Mamadu Tandja, ölkənin Konstitusiya Məhkəməsinin buraxılması barədə qərar qəbul edib. ANS PRESS, “Reuters”ə istinadən xəbər verir ki, məhkəmə bir ay əvvəl prezidentin səlahiyyət müddətinin üç il artırılması barədə təşəbbüsü dəstəkləməmişdi.
Qanunvericiliyə görə, Mamadu Tandja bu ilin sonunda istefaya getməlidir. Lakin o avqustun 4-nə referendum təyin edib. Preziednt, planının reallaşması üçün bu gün 8 naziri işdən çıxarıb. Onları referendum ideyasını dəstəkləyən yeni partiyaların nümayəndələri əvəz edib.
Ötən həftənin cümə günü Mamadu Tandja bəyan etmişdi ki, Nigeri palamentin razılığı olmadan fərmanlar vasitəsilə idarə edəcək. Bunun səbəbi ölkənin Ali Məhkəməsinin referendum yolu ilə prezidentin səlahiyyət müddətinin artırılmasının qanunsuzluğu barədə qərarıdır. Yeri gəlmişkən, Hondurasdan fərqli olaraq, Niger silahlı qüvvələri müxalifətin prezidentin əmrlərinə tabe olmamağa çağırışlarını rədd edib. /ANS PRESS/