Niger oğul Qəddafiyə siyasi sığınacaq verdi
12 Noyabr 2011 Şənbə 06:50
Niger prezidenti bu addımı tamamilə humanitar səbəblərlə atdıqlarını deyib.
Niger dövləti Liviyanın sabiq lideri Muammər Qəddafinin oğlu Sədi Qəddafiyə siyasi sığınacaq verib. Bu barədə məlumatı Cənubi Afrikada səfərdə olan Niger prezidenti Mahamadu İssufu mətbuata açıqlamasında verib. İssufu bu addımı tamamilə humanitar səbəblərlə atdıqlarını deyib. Prezident həmçinin Seyfulislamın ölkəsində olmadığını da qeyd edib.

Xatırladaq ki, 38 yaşlı Sədi Qəddafi avqust ayında qiyamçılar paytaxt Tripolini ələ keçirdiyi vaxt Nigerə qaçmışdı. Liviya futbol federasiyasının prezidenti olan Sədi İtaliyada uğursuz futbol kariyerasından sonra ölkəsinə qayıdaraq hərbi birliklərdən birinin komandiri olmuşdu.


DOSTLARINLA PAYLAŞ:

oyunlar