Niderland İranla rəsmi əlaqələri dondurur
30 Yanvar 2011 Bazar 00:35
Rəsmi Amsterdam İranda Səhra Bəhraminin edamına etiraz edir.
Hollandiya hökuməti İranda Niderland vətəndaşı Səhra Bəhraminin narkotik qaçaqmalçılığı ittihamı ilə edam edilməsinə etiraz əlaməti olaraq, Tehranla rəsmi ələqaləri dondurub. 46 yaşlı Səhra Bəhrami ötən gün səhər edam edilib. İran tərəfinin məlumatına görə, ondan 450 qram kokain və 420 qram opium götürülüb.
Edam faktını Haaqadakı İran səfiri də təsdiqləyib. Bir qədər sonra isə onu Niderlandın Xarici İşlər Nazirliyinə çağırıblar.
Qeyd edək ki, Səhra Bəhrami 2009-cu ilin dekabrında Mahmud Əhmədinejat rejiminə qarşı etiraz aksiyalarında iştirak edib və çox keçmədən həbs edilib. İran əsilli Hollandiya vətəndaşına qarşı narkotiklərlə bağlı ittiham həbs edildikdən sonra irəli sürülüb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: