Nida nümayişçilərin simvolu olub
22 İyun 2009 Bazar Ertəsi 12:25
26 yaşlı Nidanın ölümü mobil telefona çəkilib

 

İranda etiraz aksiyaları zamanı öldürülən 26 yaşlı qadın nümayişçilərin simvoluna çevrilib. Fəlsəfə fakültəsinin tələbəsi olan Nida adlı qadının nümayişlərə atası ilə birgə qatıldığı bəlli olub. "CNN Türk"ün məlumatına görə, gənc qadının könüllü milis dəstələrinə məxsus bir nəfər tərəfindən sinəsindən vurularaq öldürüldüyü iddia edilir. Qadının vurulduğu və öldüyü anlar mobil telefon vasitəsi ilə çəkilib.
Müsəvi tərəfdarlarının internet saytlarından birində, Nidanın meyidinin ailəsinə mərasimsiz və tez dəfn edilməsi şərti ilə verildiyi açıqlanıb.

Qeyd edək ki, prezident seçkisindən sonra İranda artan gərginlik davam edir. Həftə sonu baş verən etiraz aksiyalarında ən azı 19 nəfərin öldüyü bildirilir. /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar