Netanyahu nazirlərinə qadağa qoydu
29 Sentyabr 2013 Bazar 19:00
Baş nazir İranla bağlı şərh verməyi yasaqlayıb.
Nazir Elmar Məmmədyarov çıxışı zamanı BMT-nin Suriya ilə bağlı qəbul etdiyi qətnaməyə də münasibət bildirib. O qətnamədə Suriyanın müstəqilliyi və ərazi bütövlüyünə qəti dəstək ifadə olunmasının xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb. Ümumiyyətlə BMT-nin 68-ci sessiyasında Suriya məsələsi və həm də İranın nüvə proqramına dair müzakirələr daha çox diqqət cəlb edib.

İran prezidenti Həsən Ruhaninin Birləşmiş Millətlər Təşkilatının tribunasından çıxış edərək nüvə proqramına dair beynəlxalq şübhələri aradan qaldırmağa hazır olduğunu bəyan etməsi Amerikadan başlayaraq bir sıra dövlətlərin İranla münasibətlərinin yaxınlaşmasına səbəb oldu. Amma bu xəbər çoxlarını sevindirsə də İsraili əksinə məyus edib. Hətta o qədər ki, İsrailin baş naziri Benyamin Netanyahu nazirlərə İranın nüvə proqramı haqqında danışmağı qadağan edib.

Bu barədə İsrailin “İTV 10” telekanalı xəbər yayıb. Benyamin Netanyahu İranla bağlı şərh verməyi yasaqlayandan sonra bəzi hökumət nümayəndələri İranla bağlı əvvəlcədən planlaşdırılan müsahibələrini belə təxirə salıblar. Mənbənin bildirdiyinə görə, BMT-nin Baş Assambleyasının 68-ci sessiyasında iştirak etmək üçün Nyu-York şəhərinə yola düşən İsrailin baş naziri Birləşmiş Ştatlarla İranın yaxınlaşmasından məyus olduğunu etiraf edib.

Sentyabrın 27-də Amerika Birləşmiş Ştatlarının prezidenti Barak Obama ilə İran prezidenti Həsən Ruhani arasında telefon danışığı olub. Danışıq zamanı əsas müzakirə mövzusu İranın nüvə proqramı olub. Həmin dövrdə Ağ Ev İsrail hökumətinin bu danışıqlar barədə məlumatlandırıldığını da bildirmişdi.



DOSTLARINLA PAYLAŞ:

oyunlar