Nenesinin altında qalan körpe öldü
06 İyun 2013 Cümə Axşamı 11:49
Müvazinətini itirən qadın uşağın üstünə düşüb.
Türkiyənin Samsun vilayətində 1 yaşlı körpənin ölümü ilə nəticələnən qeyri-adi hadisə baş verib. ANS PRESS “İhlas” agentliyinə (İHA) istinadən xəbər verir ki, ata-anası işlədiyi üçün nəvəsinə baxan 49 yaşlı nənə E.S. nəvəsinin üstünə yıxılıb. Məlumata görə, nənə soyuducunu açarkən nəvəsinin arxasında olduğunu hiss edib və onun əlini tapdalamamaq üçün geriyə çəkilib. Bu vaxt müvazinətini itirən qadın körpənin üstünə düşüb. Qəza nəticəsində xəsarət alan 1 yaşlı uşaq xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Polis bölməsinə aparılaraq ifadəsi alınan E.S. daha sonra prokurorun təlimatı ilə azadlığa buraxılıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar