Nənələr həyat yoldaşlarının qısqanclığı ilə üzləşib
21 Mart 2012 Çərşənbə 19:14
"Buranovskiye babuşki"nin üzvlərinin ərləri onları Böyük Britaniyanın “Eurovision 2012” təmsilçisinə qısqanır.
Rusiyanın “Eurovision 2012” təmsilçiləri "Buranovskiye babuşki" qrupunun üzvləri həyat yoldaşlarının qısqanclığı ilə üz-üzə qalıb. ANS PRESS-in “Eurovision.az” saytına istinadən verdiyi məlumata görə, nənələrin bir neçəsinin həyat yoldaşı onları Böyük Britaniyanın “Eurovision 2012” təmsilçisi Engelbert Hamperdinkə qısqanır.
Məsələylə bağlı qrupun prodüseri Kseniya Rubçova bunları deyib: "Bakıda çıxış edəcək yaraşıqlı və cəlbedici Engelbert, nənələrin bir neçəsinin gənclikdə kumiri olub. Bu baxımdan da babaların həyat yoldaşlarını qısqanması təəccüblü deyil. Amma bizim nənələr çox sadiqdilər və həyat yoldaşlarını çox sevirlər. Bu səbəbdən də məsələdən narahat olmağa ehtiyac yoxdur".
DOSTLARINLA PAYLAŞ: