Nelson Mandela eve buraxılıb
02 Sentyabr 2013 Bazar Ertəsi 12:26
Nelson Mandela müalicesini evde davam etdirir.
Nelson Mandela xəstəxanadan buraxılıb və Johannesburgdakı evinə qayıdıb. Onun müalicəsi burada davam edir. ANS PRESS-in "BBC"yə istinadən verdiyi xəbərə görə, bu haqda məlumat Cənubi Afrika prezidentinin saytında yerləşdirilib. Bəyanata görə cənab Mandelanın vəziyyəti ağır olaraq qalır. Cənubi Afrikanın birinci demokratik olaraq seçilmiş prezidenti ağciyər infeksiyasına görə iyun ayından xəstəxanadadır.
"Onun həkimlər komandası əmindir ki, Houghtondakı evində ona eyni səviyyəli qayğı göstəriləcək", prezidentliyin bəyanatında deyilir. Bəyanata görə bu ev "ona burada reanimasiya almağa davam etmək üçün yenidən quraşdırılıb" və eyni həkimlər ona baxmağa davam edəcək.
Şənbə günü cənab Mandelaya yaxın mənbələr BBC və digər media qurumlarına demişdilər ki, o, artıq evə qayıdıb.
DOSTLARINLA PAYLAŞ: