Neftin qiymətində son dəyişiklik
11 Dekabr 2010 Şənbə 03:05
“Qara qızıl”ın bir barelinin qiyməti 87,79 dollara düşüb
Ötən gün investorların Çində kredit-pul siyasətinin sərtləşdirilməsi ilə bağlı narahatlıqları fonunda dünya bazarlarında neft ucuzlaşıb.

London birjasında “Brent Crude Oil” markalı neftin bir barelinin qiyməti 0,51 dollar azalıb və 90,48 dollara düşüb.

Nyu-York birjasında “Light Sweet Crude Oil” markalı neft 0,58 dollar ucuzlaşıb. Bu markadan olan “qara qızıl”ın bir barelinin qiyməti 87,79 dollar təşkil edib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar