Neftin qiyməti yenə düşdü
01 Dekabr 2010 Çərşənbə 03:00
Analitiklər bunu müxtəlif faktorlarla əsaslandırırlar
Avropada maliyyə böhranının miqyasının mümkün genişlənməsi və avronun kursunun enməsi ilə bağlı narahatlıqlar dünya neft bazarında hadisələrin inkişafını müəyyənləşdirən əsas faktorlar olub. Ötən gün neftin qiyməti 1,62 dollar və ya 1,89% faiz ucuzlaşıb. İş gününün sonunda neftin bir barelinin qiyməti 84,11 dollar təşkil edib. Sessiya bağlandıqdan sonra da “qara qızıl” ucuzlmaşmaqda davam edib.

Analitiklərin fikrincə, neftin qiymətin düşməsinə investorların Çində yanadağa olan tələbatın azala biləcəyi ilə bağlı narahatlıqları da səbəb olub. Çin dünyada ən iri xam neft istehlakçısıdır.

ABŞ prezidenti Barak Obamanın vergi güzəştlərinin tətbiqi ilə bağlı kompromis variant hazırlamaq niyyəti də “qara qızıl”ın qiymətinə təsirsiz ötüşməyib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar