Neftin qiyməti minimuma endi
31 May 2012 Cümə Axşamı 02:55
İspaniya iqtisadiyyatındakı vəziyyət investorlarda narahatlıq yaradıb.
Ötən gün İspaniyanın reytinqinin azaldılması və mənfi makrostatistika nəticəsində dünya bazarlarında neft ucuzlaşıb. Belə ki, Nyu-York birjasında WTI markalı “qara qızıl”ın bir barelinin qiyməti 87,82 dollara enib. ANS PRESS-in İTAR-TASS-a istinadən verdiyi məlumata görə, bu, 2011-ci ilin oktyabrından bu yana ən aşağı göstəricidir.
Brent markalı neft də oxşar dinamika nümayiş etdirib. Bu markadan olan “qara qızıl”ın qiyməti 103,47 dollara enib. Bu, 2011-ci ilin dekabrından bu yana ən aşağı göstəricidir.
İnvestorlar İspaniya iqtisadiyyatında vəziyyətin mümkün pisləşməsi və borc böhranının nəticələrinin genişlənməsindən narazatdırlar. Bundan başqa, Yunanıstanın vahid valyuta məkanından çıxması ehtimalı barədə məlumatlar da birjalarda müəyyən əsəbilik yaradıb.
DOSTLARINLA PAYLAŞ: