Neftin qiyməti 103,98 dollara düşdü
29 Mart 2011 Çərşənbə Axşamı 02:06
Liviyadakı əməliyyatlara nikbin baxışlar “qara qızıl”ı qiymətdən salır
Liviyada NATO-nun himayəsi ilə həyata keçirilən hərbi əməliyyatlar nəticəsində ölkənin neft sənayesinin tam bərpa olunacağını hesab edən investorların nikbinliyi fonunda dünya bazarlarında neftin qiyməti azalıb.
London birjasında “Brent Crude Oil” markalı neftin bir barelinin qiyməti 0,84 dollar azalaraq, 114,58 dollara düşüb.
Nyu-York birjasında isə “Light Sweet Crude Oil” markalı neft 1,42 dollar ucuzlaşıb. Bu markadan olan “qara qızıl”ın qiyməti 103,98 dollar təşkil edib.
DOSTLARINLA PAYLAŞ: