Neftin qiyməti 104,38 dollara düşdü
10 Mart 2011 Cümə Axşamı 03:06
London birjasında isə “qara qızıl” bahalaşıb
İri neft ixracatçısı olan Liviyada davam edən toqquşmalar və ABŞ-da neft ehtiyatlarının azalması barədə məlumatlar fonunda ötən gün dünya bazarlarında “qara qızıl”ın qiyməti fərqli istiqamətlərdə dəyişib.
London birjasında “Brent Crude Oil” markalı neft 2,88 dollar bahalaşıb. Bu markadan olan “qara qızıl”ın qiyməti 115,94 dollar təşkil edib.
Nyu-York birjasında isə “Light Sweet Crude Oil” markalı neftin bir barelinin qiyməti 0,64 dollar azalaraq, 104,38 dollara enib.
Ötən gün Liviya lideri Müammər Qəddafinin qoşunları qiyamçıların nəzarətində olan Əz-Zaiyyə şəhərinə hücum ediblər. Şəhərdəki iri neft emalı zavodu fəaliyyətini dayandırıb. Ölkədə hərbi qarşıdurmalar iki həftədən çoxdur davam edir. Əsasən xarici şirkətlərdən tərəfindən həyata keçirilən neft hasilatı dayandırılılıb.
ABŞ-da ötən həftə neft məhsuları ehtiyyatları əhəmiyyətli dərəcədə azalıb. Benzin ehtiyatı 5,5 milyon barel və ya 2,3 faiz azalıb və 229,2 milyon barelə enib.
DOSTLARINLA PAYLAŞ: