Neftin qiyməti 101,42 dollara çatdı
18 Mart 2011 Cümə 03:14
Yaxın Şərq və Şimali Afrikadakı geosiyasi qeyri-sabitlik “qara qızıl”ın qiymətinə təsir edir
Yaxın Şərq və Şimali Afrikadakı geosiyasi qeyri-sabitlik fonunda ötən gün dünya bazarında neftin qiyməti artıb. “Reuters” agentliyinin məlumatına görə, mütəxəssislər bunu qeyri-sabitliyin “qara qızıl” nəqlində fasilələrə səbəb ola biləcəyi ilə əlaqələndirirlər.
London birjasında “Brent Crude Oil” markalı neftin bir bareli 4,30 dollar bahalaşıb. Bu markadan olan “qara qızıl”ın bir barelinin qiyməti 114,9 təşkil edib.
Nyu-York birjasında isə “Light Sweet Crude Oil” markalı neftin bir barelinin qiyməti 3,44 dollar artaraq, 101,42 dollara çatıb.
DOSTLARINLA PAYLAŞ: