Neftin qiyməti 105,44 dollara çatdı
08 Mart 2011 Çərşənbə Axşamı 01:11
Nyu-York birjasında bahalaşma qeydə alınsa da, London birjasında “qara qızıl” qismən ucuzlaşıb
Dünyanın aparıcı neft ixracatçısı Liviyada hakimiyyət tərəfdarları və qiyamçılar arasında davam edən toqquşmalar fonunda ötən gün dünya bazarlarında “qara qızıl”ın qiymətində ziddiyyətli dəyişiklik qeydə alınıb.
London birjasında “Brent Crude Oil” markalı neft 0,93 dollar ucuzlaşıb. Bu markadan olan “qara qızıl”ın qiyməti 115,04 dollar təşkil edib.
Nyu-York birjasında isə neftin bir barelinin qiyməti 1,02 dollar bahalaşaraq, 105,44 dollara çatıb.
DOSTLARINLA PAYLAŞ: