Neftin qiyməti 105,74 dollara çatdı
22 Fevral 2011 Çərşənbə Axşamı 02:56
Yaxın Şərqdəki vəziyyət “qara qızıl”ın qiymətini kəskin artırıb
Yaxın Şərq ölkələrində, xüsusilə, Liviyadadkı iğtişaşlar və beynəlxalq neft təchizatı ilə bağlı narahatlıqlar fonunda dünya bazarında ötən gün neftin qiymətində kəskin artım müşahidə olunub. Məlumatı “Reuters” agentliyi yayıb.
London birjasında “Brent Crude Oil” markalı neft 3,22 dollar bahalaşıb. Bu markadan olan “qara qızıl”ın bir barelinin qiyməti 105,74 dollara çatıb.
ABŞ-da “Prezidentlər günü”nün bayram edilməsi ilə əlaqədar Nyu-York birjası işləməyib.
DOSTLARINLA PAYLAŞ: