Neftin qiyməti artmaqda davam edir
28 Fevral 2011 Bazar Ertəsi 10:51
Buna səbəb Livanda hökm sürən qarışıqlığın Omana keçməsidir
Bu gün neftin qiyməti müsbət dinamika nümayiş etdirir. Buna səbəb Livanda hökm sürən qarışıqlığın Omana keçməsidir. Bu, “qara qızıl”ın tədarükündə yarana biləcək fasilələrlə bağlı narahatçılıqların artmasına səbəb olub.

Belə ki, bu gün Nyu-Yorkun NYMEX (New York Merchantile Exchange) əmtəə birjasında keçirilən ticarət əməliyyatlarının gedişində WTI (Light Sweet Crude Oil) neftinin ixracına dair aprel müqaviləsinin dəyəri 1.60 dollar, yaxud da 1.63 faiz artaraq 1 barelə görə 99,48 dollar təşkil edib.

Bazar ertəsi üçün İCE (InterContinental Exchange Futures) London qitələrarası birjasında apreldə ixrac etməklə Brent Crude Oil markalı neftin 1 barelinin dəyəri isə 2.11 dollar və ya 1.88 faiz bahalaşaraq 114,25 dollar təşkil edib.

"Azəriligth" markalı Azərbaycan nefti isə dünya bazarlarında 116, 39 dollara satılıb.



DOSTLARINLA PAYLAŞ:

oyunlar