Neftin qiyməti artdı
25 Noyabr 2010 Cümə Axşamı 02:40
“Qara qızıl”ın bir barelinin qiyməti Nyu-Yorkda 83,86, Londonda 85,84 dollara çatıb
Ötən gün dünya bazarlarında neftin qiyməti artıb. Mütəxəssislər bunu ötən ayın yekunlarına görə istehlakçı fəallığının artması və ötən həftə ABŞ-da işsizliyə görə müavinət üçün müraciətlərin azalması ilə əlaqələndirirlər.
Nyu-York birjasında “Light Sweet Crude Oil” markalı neftin bir barelinin qiyməti 2,61 dollar artaraq, 83,86 dollara çatıb.
London birjasında isə “Brent Crude Oil” markalı neft 2,59 dollar bahalaşıb. Bu markadan olan “qara qızıl”ın bir barelinin qiyməti 85,84 dollar təşkil edib.
DOSTLARINLA PAYLAŞ: