Neftin qiyməti 89,71 dollaradək artıb
19 Fevral 2011 Şənbə 02:58
Ötən gün dünya bazarlarında neftin qiyməti fərqli istiqamətlərdə dəyişib
Bəzi Yaxın Şərq ölkələri və Afrikanın şimalındakı gərginlik fonunda ötən gün dünya bazarlarında neftin qiyməti fərqli istiqamətlərdə dəyişib.

London birjasında “Brent Crude Oil” markalı neftin bir barelinin qiyməti 0,07 dollar azalıb və 102,52 dollara düşüb.

London birjasında isə “Light Sweet Crude Oil” markalı neft 0,87 dollar bahalaşıb. Bu markadan olan “qara qızıl”ın bir barelinin qiyməti 89,71 dollara çatıb.

Xatırladaq ki, ötən həftə uzunmüddətli küçə nümayişlərindən sonra Misir prezidenti Hüsnü Mübarək hakimiyyəti orduya təhvil verərək, postunu tərk edib. Demokratik islahatların keçirilməsini tələb edən nümayişçilərlə polis arasında toqquşmalar Əlcəzair, Yəmən, Bəhreyn, İordaniya və Liviyada da baş verib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar