Neftin 100 dollarlıq qiyməti daha ədalətlidir
17 May 2011 Çərşənbə Axşamı 11:18
“LUKoil” prezidenti: Neftin 100 dollarlıq qiyməti daha ədalətlidir


Bakı. Əli Əhmədov - APA-Economics. Rusiyanın “LUKoil” şirkətinin prezidenti Vahid Ələkbərov neftin 100 dollarlıq qiymətini ədalətli saydığını bildirib. “APA-Economics”in xəbərinə görə, Qazaxıstan baş nazirinin bloqunda yerləşdirilmiş video-intervüdə Vahid Ələkbərov neft-qaz bazarının dəyişkənlik nümayiş etdirdiyini vurğulayıb.

“Hesab edirəm ki, indi neft bazarı dolub, ədalətli qiymət haradasa 100 dollar, bəlkə də azca yuxarıdır. Əvvəllər neftin qiymətinin gündə 2-5 dollar dəyişdiyi hallar olmamışdı. Biz qiymətlərin təqribən 125 dollara qalxdığını gördük, bu gün qiymətlər aşağı düşüb. Bu, bazarın qeyri-sabitliyini göstərir” - deyə “LUKoil” prezidenti qeyd edib.

Onun sözlərinə görə, neftin qiymətinin 20-30%-i spekulyativ kapitaldır: “Bank depozitləri və digər maliyyə alətlərindən gələn aşağı gəlirləri kompensasiya etmək üçün kapitalı xammal bazarına - neft və metallara yatırırlar. Neftçilərə həddən artıq yüksək və ya aşağı qiymətlər yox, sabit qiymət lazımdır ki, öz investisiya proqramlarımızı planlaşdıraq və bizim məhsullara da tələbat sabit olsun”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar