Dünya bazarında neft bahalaşıb
16 Dekabr 2010 Cümə Axşamı 03:25
Londonda isə “qara qızıl”ın bir barelinin qiyməti 92,20 dollara çatıb
Ötən gün dünya bazarında neftin qiyməti cüzi artıb. Mütəxəssislər bunu ABŞ-da xam neft ehtiyatının azalması ilə bağlı məlumatlarla əlaqələndirirlər.

Nyu-York birjasında “Light Sweet Crude Oil” markalı neftin qiyməti 0,34 dollar artaraq, 88,62 dollara çatıb.

London birjasında isə “Brent Crude Oil” markalı neft 0,99 dollar bahalaşıb. Bu markadan olan “qara qızıl”ın bir barelinin qiyməti 92,20 dollar təşkil edib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar