Neft ucuzlaşdı
11 Mart 2011 Cümə 03:01
Səudiyyə Ərəbistandakı etirazlar “qara qızıl”ın qiymətin təsir edib
Səudiyyə Ərəbistanında nümayişçilər və polis arasında baş verən toqquşmalar iri neft ixracatçısı olan bu ölkədə kütləvi etirazların başlaması ilə bağlı narahatlıqlar yaradıb. Belə bir şəraitdə ötən gün dünya baharında neftin qiymətində azalma müşahidə olunub.
London birjasında “Brent Crude Oil” markalı neft 51 sent ucuzlaşıb. Bu markadan olan “qara qızıl”ın bir barelinin qiyməti 115,43 dollar təşkil edib.
Nyu-York birjasında isə “Light Sweet Crude Oil” markalı neftin bir barelinin qiyməti 1,68 dollar azalaraq, 102,70 dollara enib.
Qiymətlərin dinamikasına Liviyadakı vəziyyət də təsir edir. Bu ölkədə Müammər Qəddafinin istefası tələbi ilə etiraz aksiyaları davam edir. Hərbi toqquşmalar iki həftədir səngimir və xarici şirkətlər neft hasilatını dayandırıblar. Hələlik münaqişənin həlli və neft hasilatının bərpasının əlamətləri hiss olunmur.
DOSTLARINLA PAYLAŞ: